Məsləhət Şurası BPL-də dərs ilinin yekunlarını müzakirə edib

Baş səhifə / Təhsil / Məsləhət Şurası BPL-də dərs ilinin yekunlarını müzakirə edib

Məsləhət Şurası BPL-də dərs ilinin yekunlarını müzakirə edib

Məsləhət Şurası BPL-də dərs ilinin yekunlarını müzakirə edib

24 iyun 2021-ci ildə BPL Məsləhət Şurasının dərs ilinin yekunlarına dair görüşü keçirilib. Görüşdə Məsləhət Şurasının fəaliyyəti, ilin yekunları və tələbələrin qiymətləndirilməsi və gündəlikdə olan digər məsələlər müzakirə edilib. Eyni zamanda, gələcəklə bağlı planlar, Şuranın fəaliyyətinin daha da səmərəli təşkil edilməsi və liseylə sıx əməkdaşlığın qurulması üzrə fikir mübadiləsi aparılıb.

Məsləhət Şurasının 27 aprel 2021-ci il tarixində keçirilmiş daha öncəki rüblük görüşündə isə BVET rəhbərliyi / müəllim heyətinin iştirakı ilə BPL-in Usta yanında şagirdlik proqramının təşkili və icra müddətində praktiki təlimlərin keyfiyyətinin artırılması yollarının tapılması ilə bağlı problemlərə həsr olunub. İştirakçılar tərəfindən şagirdlik və təcrübə proqramlarının təkmilləşdirilməsi, əldə edilmiş nəzəri biliklərin praktikada tətbiqi imkanlarının artırılması, habelə BVET-in ümumi təlim proqramında praktik təlimlərin payının artırılması üçün çoxsaylı dəyərli təkliflər səsləndirilib.

Ən vacib tövsiyələr tələbələrin praktik və ya iş yerində təlimlərə marağının və iştirakının artırılması, qəbul prosedurlarının təkmilləşdirilməsinin, peşə təhsilinə daha çox maraq göstərən və tələbə seçimi üçün yeni qəbul prosedurlarının hazırlanmasının vacibliyi olub. Digər bir təklif BVET-in işəgötürənlərlə əlaqələrinin gücləndirilməsi və tərəfdaş işəgötürənlər tərəfindən BVET məzunlarının işə qəbulu imkanlarının artırılması ilə bağlı idi.

Qeyd edək ki, BPL peşə təhsilinin idarə edilməsi üzrə müasir təcrübələrə əsaslanaraq yerli iş dünyası və ictimaiyyətlə intensiv əlaqələrin qurulmasına çalışır və onları liseyin fəaliyyətində iştiraka cəlb edir. Həm liseyin rəhbər şəxsləri, həm də yerli tanınmış sahibkarlar və ictimai liderlərdən ibarət müzakirəedici və məsləhətçi orqan olan Məsləhət Şurası Avropa Birliyinin dəstəyilə həyata keçirilən Bərdə Peşə Liseyinin Modernləşdirilməsi layihəsinin bir təşəbbüsüdür.

Leave a Reply

Your email address will not be published.