Baş səhifə / Təhsil / “İxtisasın kvalifikasiya standartı və kurikulumunun hazırlanması” mövzusunda təlim keçirilmişdir

“İxtisasın kvalifikasiya standartı və kurikulumunun hazırlanması” mövzusunda təlim keçirilmişdir

“İxtisasın kvalifikasiya standartı və kurikulumunun hazırlanması” mövzusunda təlim keçirilmişdir

Avropa İttifaqının maliyyə dəstəyi ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən icra olunan “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi çərçivəsində 5-6 fevral 2019-cu il tarixdə Bərdə şəhərində “İxtisasın kvalifikasiya standartı və kurikulumunun hazırlanması” mövzusunda təlim keçirilmişdir.

Təlim zamanı iştirakçılara kvalifikasiya standartının strukturu, məzmunu və tətbiq edilməsi, modul tipli kurikulumların hazırlanmasında kvalifikasiya standartlarından istifadə, qiymətləndirmə meyarları və qiymətləndirmə metodları barədə məlumat verilmişdir. Həmçinin ixtisasın peşə standartı əsasında kvalifikasiya standartı və kurikulumun hazırlanması üzrə qrup işləri keçirilmişdir.

Təlimdə Bərdə Peşə liseyinin müəllim–pedaqoji heyəti və Bərdə rayonunda fəaliyyət göstərən özəl sektor təmsilçiləri daxil olmaqla ümumilikdə 30 nümayəndə təlim mövzuları üzrə nəzəri biliklərini artırmışdır.

 

Leave a Reply

Your email address will not be published.