Baş səhifə / Xəbərlər / “Həssas icmalarda Su, Sanitariya və Gigiyenik mühitin yaxşılaşdırılması” layihəsi davam edir

“Həssas icmalarda Su, Sanitariya və Gigiyenik mühitin yaxşılaşdırılması” layihəsi davam edir

“Həssas icmalarda Su, Sanitariya və Gigiyenik mühitin yaxşılaşdırılması” layihəsi davam edir

Yerli İdarəetməyə Yardım İctimai Birliyi BMT-nin İnkişaf Proqramı və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Həssas icmalarda Su, Sanitariya və Gigiyenik mühitin yaxşılaşdırılması” layihəsini həyata keçirir.
Layihə çərçivəsində mart ayı ərzində Bərdə və Yevlax rayonlarında Qaraməmmədli, Malbinəsi, Qayalı və Ərəblər kəndlərində ayrı –ayrılıqda valideyn, məktəb rəhbərliyi, məktəb direktorları, bələdiyyə üzvləri və aidiyyatı qurum nümayəndələrinin iştirakı ilə mövcud çətinliklərin aradan qaldırılması üçün icra olunacaq fəaliyyətlər, BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərində yer alan 6-cı Məqsəd-“ Hamıya suyun və kanalizasiya xidmətlərinin əlçatanlığını təmin etmək” məqsədinə nail olunmasında layihənin vəzifə və öhdəlikləri barədə iştirakçıları məlumatlandırmaq üçün seminarlar həyata keçirilmişdir.
Qeyd edək ki, layihənin həyata keçirilməsində əsas məqsəd Bərdə və Yevlax rayonunun seçilmiş məktəblərində Su, Sanitariya və Gigiyenik mühiti yaxşılaşdırmaq və sosial səfərbərlik vasitəsilə su və sanitariya qurğularının dayanıqlı idarə olunmasını təmin etməkdən ibarətdir.
#UNDP #EU #LGA  #WASH  #SSG

Leave a Reply

Your email address will not be published.