BPL Məsləhət Şurasının növbəti görüşü keçirilib

Baş səhifə / Təhsil / BPL Məsləhət Şurasının növbəti görüşü keçirilib

BPL Məsləhət Şurasının növbəti görüşü keçirilib

BPL Məsləhət Şurasının növbəti görüşü keçirilib

24 İyun 2021 tarixində Bərdə şəhərində, Avropa İttifaqının maliyyə dəstəyi ilə “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” Layihəsi çərçivəsində həyata keçirilən Usta yanında Şəyirdlik (Apprenticeship) proqramı və layihə çərçivəsində yaradılan Məsləhət Şurasının ilin yekunlarına dair növbəti görüşü keçirilib.

Görüşdə Məsləhət Şurasının fəaliyyəti, ilin yekunları və tələbələrin qiymətləndirilməsi və gündəlikdə olan digər məsələlər müzakirə edilib. Eyni zamanda, gələcəklə bağlı planlar, Şuranın fəaliyyətinin daha da səmərəli təşkil edilməsi, və liseylə sıx əməkdaşlığın qurulması istiqamətində atılacaq addımlar üzrə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Ustayanında Şəyirdlik” proqramı pilot proqramlar (Bitkiçilik və Baramaçılıq ixtisasları) üzrə təhsil proqramının əsas hissəsidir. Bu proqram modullar üzrə tələbələrin əsas və peşə səriştələrinin əldə edilməsinə xidmət edir. Eyni zamanda praktik dərslərin işəgötürən müəssisədə təşkil edilməsi tələbələrin iş yerinin əsas xüsusiyyətlərini dərk etmək, komanda halında çalışmaq vərdişlərini formalaşdırır. Eyni zamanda, Bərdə Peşə Liseyində  peşə təhsilinin və təliminin təşkili üzrə Məsləhət Şurası lisey ilə işəgötürənlərin ustayanında şəyirdlik proqramının təşkili və gələcək  inkişafı üzrə fəaliyyətlərin əlaqələndirilməsi üçün müzakirəedici və məsləhətçi orqandır. Tərkibi 6 nəfərdən ibarət olan Məsləhət Şurasının əsas vəzifələrinə şəyirdlik proqramının təşkili və icrasına aid təkliflər hazırlamaq, eyni zamanda, Peşə məktəbi və işəgötürən müəssisələr arasında razılaşma və müqavilələrin hazırlanması və imzalanmasına köməklik göstərilməsi və s. dir.

Xatırladaq ki, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr ayından etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilir.

Leave a Reply

Your email address will not be published.