BPL könüllülərinin məlumatlandırma kampaniyası

Baş səhifə / Təhsil / BPL könüllülərinin məlumatlandırma kampaniyası

BPL könüllülərinin məlumatlandırma kampaniyası

BPL könüllülərinin məlumatlandırma kampaniyası

Yay aylarında Bərdə Peşə Liseyinin fəaliyyətindəki ən mühüm hadisə heç şübhəsiz ki, yeni 2021/2022-ci tədris ili üçün tələbə qəbulu prosesidir.

Avropa Birliyinin dəstəyilə həyata keçirilən Bərdə Peşə Liseyinin Modernləşdirilməsi Layihəsi texniki dəstəyi BPL bu ilki qəbula daha yaxşı hazırlaşıb. BPL-in yenilənmiş təlim-tədris infrastrukturu, təklif olunan ixtisasların dairəsinin genişlənməsi, xüsusilə yeksək texniki peşə təhsili ixtisaslarının daxil edilməsi builki tələbə qəbulunda xeyli canlanma yaradacağı şübhə doğurmurdu.

BPL heyəti hələ qəbul prosesi başlamazdan öncə texniki peşə təhsilinə marağı artırmaq üçün bir sıra məlumatlandırma tədbirləri həyata keçirdi. Bərdə və ətraf rayonların onlarla orta təhsil müəssisələrində tam və ümumi orta təhsil səviyyəsini bu il başa vuran şagirdlər üçün peşə təhsilinin üstünlükləri, Bərdə Peşə Liseyinin təklif etdiyi proqramlar və ixtisaslar haqqında canlı informasiya sessiyaları,  həmçinin valideynlərin də iştirakı  ilə virtual görüşlər təşkil edildi. Ümumilikdə bu kampaniya çərçivəsində 30-da artıq məktəbdə keçirilmiş görüşlərdə 1000-dən artıq şagird BPL haqqında məlumatlandırılıb.

Daha bir səmərəli imkan isə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında valideynlər və şagirdlərlə görüş oldu.

Bu sessiyalar yüzlərlə şagirdin gələcək ixtisas seçimlərində digər təhsil səviyyələri ilə yanaşı, peşə təhsili sahəsini də əlverişli imkan kimi nəzərdən keçirmələrinə şərait yaradıb.

Sonrakı mərhələdə, bu kampaniyanın davamı olaraq BPL və ASAN Xidmət könüllüləri ali və orta ixtisas müəssisələrinə qəbul imtahanları günlərində abituriyentlər və onların valideynlərini məlumatlandırılıb. Kampaniya çərçivəsində liseyin müəllim heyəti və tələbələrindən ibarət könüllülər qrupu, həmçinin ASAN könüllüləri valideynlər və abituriyentlərdə müxtəlif kommunikasiya materiallarını paylanması və şifahi məlumatlandırma yolu ilə BPL və onun proqramları, yeniliklər və  imkanlar haqqında ətraflı təsəvvür yaratmağa çalışıblar.

Eyni zamanda liseyin sosial şəbəkə səhifələrində də qəbul prosesinin gedişatı, qaydalar, ənənəvi və yeni ixtisaslar, xüsusilə yüksək texniki peşə təhsili ixtisasları ilə bağlı məlumatlar paylaşılıb.

Artıq 10 avqust 2021-ci il tarixdən etibarən, elan edilmiş ixtisas yerlərinə sənəd qəbulu prosesi başlanıb. BPL könüllüləri qəbul üçün sənədlərin təqdim olunmasında da abituriyentlərə dəstəyini əsigəməyib. Elektron qaydada müraciətlərdə çətinlik çəkən abituriyentlər üçün Liseyin Karyera İnkişaf Mərkəzində bilavasitə texniki yardım təşkil edilib.

Avropa Birliyinin dəstəyilə həyata keçirilən Bərdə Peşə Liseyinin Modernləşdirilməsi Layihəsi bu fəaliyyətlərin təşkilində lisey heyətinə texniki dəstək göstərib.

Leave a Reply

Your email address will not be published.