BPL emalatxanaları yenilənir

Baş səhifə / Təhsil / BPL emalatxanaları yenilənir

BPL emalatxanaları yenilənir

BPL emalatxanaları yenilənir

Bərdə Peşə Liseyinin Modernləşdirilməsi Layihəsi çərçivəsində liseyin tədris və təlim bazasının yenidən qurulması əsas vəzifələrdən biridir. 2020-ci ilin sonlarından etibarən başladılan işlər nəticəsində liseyin ikinci korpusunda 10 sinif otağı, Karyera Mərkəzi  üçün nəzərdə tutulmuş daha 2 otaq əsaslı surətdə təmir olunmuşdur. Hazırda sinif otaqları yeni avadanlıq və mebellərlə təchiz olunur.

Eyni zamanda, layihə çərçivəsində liseyin həyətində 3 emalatxananın – qaynaq, çilingər və dülgər emalatxanalarının tikinti-təmir işləri yekunlaşdırılıb. Hər 3 emalatxana müasir avadanlıqlarla təchiz olunmuş, çilingər emalatxanasına 64, dülgər emalatxanasına 52, qaynaqçı emalatxanasına isə 50 adda müxtəlif avadanlıq və alətlər yerləşdirilmişdir.

Emalatxanalarda avadanlıq və alətlərin yerləşdirilməsi mütəxəssislər tərəfindən həyata keçirilib və liseyin mühəndis/usta heyəti yeni avadanlıqlardan istifadə qaydası ilə bağlı təlimatlandırılmışlar.

Bundan əlavə, liseyin ərazisində bitkiçilik ixtisası üzrə təcrübə sahəsi də yaradılır. Bu məqsədlə 200 kv. m sahəyə malik müasir istixananın tikintisi hazırda davam etməkdədir.

Qeyd edək ki, Avropa Birliyinin maliyyə dəstəyilə həyata keçirilən bu layihənin əsas məqsədlərindən biri də Bərdə Peşə Liseyinin dayanıqlı gəlir mənbələrinin yaradılmasıdır və yeni təmir və təchis olunmuş emalatxanalar həm də bu məqsədlər üçün faydalı olacaq.

Leave a Reply

Your email address will not be published.