Baş səhifə / Xəbərlər / Bərdə şəhər görüşü

Bərdə şəhər görüşü

Bərdə şəhər görüşü

Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi davam edir.

Növbəti görüşümüz fevralın 19-da Bərdə şəhərində layihənin tərəfdaşları olan Azərbaycan Respublikasının Təhsil İnstitutu, Estoniyanın Jarvarmaa Kutshariduskeskuse Peşə məktəbininin ekspertləri ilə dövlət və özəl müəssisələrinin nümayəndələri və fərdi sahibkarların iştirakı ilə baş tutmuşdir.

Görüşün məqsədi layihənin ekspert və tərəfdaşları ilə yerli icma nümayənləri və sahibkarlar ilə müzakirələr aparmaq, birgə əməkdaşlıqlar üçün fikir mübadiləsi etmək idi.

Fəal müzakirə şəraitində keçən görüşdə həm yerli icra nümayənləri, həm də fərdi sahibkarlar maraqlı fikirlər səsləndirdilər. Estoniyalı ekspertlərin təcrübəsini yerli şəraitə uyğunlaşdıraraq Bərdə Peşə Liseyi üçün tətbiq etməyin yollarını birlikdə müzakirə etdilər.

Leave a Reply

Your email address will not be published.