Baş səhifə / Xəbərlər / Bərdə Rayon Kənd Təsərrüfatı idarəsində “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilmişdir

Bərdə Rayon Kənd Təsərrüfatı idarəsində “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilmişdir

Bərdə Rayon Kənd Təsərrüfatı idarəsində “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilmişdir

07 noyabr 2018-ci il tarixində Bərdə Rayon Kənd Təsərrüfatı idarəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən icra edilən “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” layihəsi çərçivəsində görüş keçirilmişdir.
Görüşdə Avropa İttifaqı, Təhsil Nazirliyi, Avropa Təlim Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Estoniyada yerləşən Jarvaa Peşə Təhsili və Təlimi mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bərdə rayon Məşğulluq Mərkəzi, Bərdə Rayon Statistika İdarəsi nümayəndələri və sahibkarlar iştirak etmişdir. Görüşün məqsədi adı çəkilən qurumlar, sahibkarlar və Bərdə Peşə Liseyi arasında layihə çərçivəsində əməkdaşlıq imkanları, özəl sektorun layihəyə cəlb olunması ilə bağlı müzəkirələr aparılıb.
#avropaittifaqı #lga ‪#EuropeanUnion‬

Leave a Reply

Your email address will not be published.