Author: Bashir Bashirli (Bashir Bashirli)

Baş səhifə / Bashir Bashirli
Bərdə Peşə Liseyinin Modernləşdirilməsi layihəsi başa çatıb
Post

Bərdə Peşə Liseyinin Modernləşdirilməsi layihəsi başa çatıb

Avropa İttifaqının “Azərbaycanda peşə təhsili və təliminin modernləşdirilməsi” proqramı çərçivəsində maliyyələşdirilən layihələrdən daha birinin icrası başa çatır. Yerli İdarəetməyə Yardım İB tərəfindən həyata keçirilən bu layihə 3 ildən bir qədər artıq real icra müddətində Bərdə və ətraf regionlarda əsas peşə təlimi mərkəzlərindən biri olan Bərdə Peşə Liseyində peşə təliminin təşkilinin əsas aspektləri üzrə modernləşdirmə prosesini...

BPL emalatxanaları yenilənir
Post

BPL emalatxanaları yenilənir

Bərdə Peşə Liseyinin Modernləşdirilməsi Layihəsi çərçivəsində liseyin tədris və təlim bazasının yenidən qurulması əsas vəzifələrdən biridir. 2020-ci ilin sonlarından etibarən başladılan işlər nəticəsində liseyin ikinci korpusunda 10 sinif otağı, Karyera Mərkəzi  üçün nəzərdə tutulmuş daha 2 otaq əsaslı surətdə təmir olunmuşdur. Hazırda sinif otaqları yeni avadanlıq və mebellərlə təchiz olunur. Eyni zamanda, layihə çərçivəsində liseyin...

BPL könüllülərinin məlumatlandırma kampaniyası
Post

BPL könüllülərinin məlumatlandırma kampaniyası

Yay aylarında Bərdə Peşə Liseyinin fəaliyyətindəki ən mühüm hadisə heç şübhəsiz ki, yeni 2021/2022-ci tədris ili üçün tələbə qəbulu prosesidir. Avropa Birliyinin dəstəyilə həyata keçirilən Bərdə Peşə Liseyinin Modernləşdirilməsi Layihəsi texniki dəstəyi BPL bu ilki qəbula daha yaxşı hazırlaşıb. BPL-in yenilənmiş təlim-tədris infrastrukturu, təklif olunan ixtisasların dairəsinin genişlənməsi, xüsusilə yeksək texniki peşə təhsili ixtisaslarının daxil...

BPL Məsləhət Şurasının növbəti görüşü keçirilib
Post

BPL Məsləhət Şurasının növbəti görüşü keçirilib

24 İyun 2021 tarixində Bərdə şəhərində, Avropa İttifaqının maliyyə dəstəyi ilə “Bərdə Peşə Liseyinin Modernləşdirilməsi” Layihəsi çərçivəsində həyata keçirilən Usta yanında Şəyirdlik (Apprenticeship) proqramı və layihə çərçivəsində yaradılan Məsləhət Şurasının ilin yekunlarına dair növbəti görüşü keçirilib. Görüşdə Məsləhət Şurasının fəaliyyəti, ilin yekunları və tələbələrin qiymətləndirilməsi və gündəlikdə olan digər məsələlər müzakirə edilib. Eyni zamanda, gələcəklə...

Məsləhət Şurası BPL-də dərs ilinin yekunlarını müzakirə edib
Post

Məsləhət Şurası BPL-də dərs ilinin yekunlarını müzakirə edib

24 iyun 2021-ci ildə BPL Məsləhət Şurasının dərs ilinin yekunlarına dair görüşü keçirilib. Görüşdə Məsləhət Şurasının fəaliyyəti, ilin yekunları və tələbələrin qiymətləndirilməsi və gündəlikdə olan digər məsələlər müzakirə edilib. Eyni zamanda, gələcəklə bağlı planlar, Şuranın fəaliyyətinin daha da səmərəli təşkil edilməsi və liseylə sıx əməkdaşlığın qurulması üzrə fikir mübadiləsi aparılıb. Məsləhət Şurasının 27 aprel 2021-ci...

Peşə təlimi üçün video dərslər
Post

Peşə təlimi üçün video dərslər

COVİD-19 pandemiyası məhdudiyyətləri ilə əlaqədar BPLM layihəsi mövcud tədris proqramı nəzərə alınmaqla müvafiq peşələr üçün elektron mövzu və məzmun hazırlanmasında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlığı davam etdirib. BPL-də tədris olunan prioritet ixtiaslar üzrə video dərs vəsaitlərinin hazırlanmasına texniki dəstək göstərilmişdir.  Bu məqsədlə “Mebel ustası” ixtisası üzrə tədris proqramından 3 modul, “Avtomobil üzrə elektrik”...

Bərdə Peşə Liseyinin yay təcrübə proqramı
Post

Bərdə Peşə Liseyinin yay təcrübə proqramı

2020-2021-ci dərs ilinin sona çatması ilə Bərdə Peşə Liseyinin Modernləşdirilməsi layihəsinin daha bir təşəbbüsü ilə pilot yay təcrübəsi proqramına start verilib. Yay təcrübə (Internship) proqramı tələbələrin nəzəri biliklərini praktiki şəkildə inkişaf etdirmələri üçün nəzərdə tutulmuşdur. Proqram  çərçivəsində tələbələr regionda yerləşən müəssisələrdə 2 ay müddətində təcrübə keçərək öz bilik və bacarıqlarını inkişaf etdirmək, yeni biliklər əldə etmək,...

Kənd təsərrüfatında innovasiya təlimləri başa çatdırılıb
Post

Kənd təsərrüfatında innovasiya təlimləri başa çatdırılıb

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Bərdə Peşə Liseyinin Modernləşdirilməsi Layihəsi çərçivəsində müəllim/usta heyətinin texniki bacarıqlarının artırılması fəaliyyətləri davam etdirilir. 1 May 2021-ci il tarixdə liseyin müəllim/usta heyəti və özəl sektordan olan mütəxəssislər üçün kənd təsərrüfatında innovasiyalar təlimləri silsiləsindən sonuncu təlim “Müasir avadanlıqdan istifadə etməklə gübrələrin tətbiqi və kimyəvi bitki mühafizə tədbirləri” mövzusunda keçirilib. Ümumilikdə Bərdə Peşə...

Bitkiçilik sahəsi üzrə innovativ təlimlər davam etdirilir
Post

Bitkiçilik sahəsi üzrə innovativ təlimlər davam etdirilir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Bərdə Peşə Liseyinin Modernləşdirilməsi Layihəsi çərçivəsində müəllim/usta heyəti üçün kənd təsərrüfatında innovasiyalar mövzusunda təlimlər davam etdirilir. 24 Aprel 2021-ci ildə Bərdə Peşə Liseyinin Modernləşdirilməsi Layihəsi çərçivəsində peşə məktəblərinin müəllim və mühəndis heyəti, fermer və sahibkarlarınn iştirakı ilə bu silsilədən növbəti təlimlər keçirilib. “İstixana şəraitində GAP standartlarına uyğun pomidor istehsalı texnologiyası” və...