YERLİ İDARƏETMƏYƏ YARDIM İCTİMAİ BİRLİYİ
Haqqımızda
Haqqımızda
“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi 15 Noyabr 2005-ci ildə yerli idarəetmə sahəsində ixtisaslaşmış gənc ekspertlər qrupu tərəfindən yaradılmış yerli qeyri-hökumət təşkilatıdır. Təşkilat dövlət və bələdiyyə idarəetməsi, kənd və rayonların inkişafı, icma inkişafı, iqtisadi inkişaf, kənd təsərrüfatı, təlim və tədris sahələrində bilik və təcrübəsi olan gənc ekspertlər komandası tərəfindən idarə olunur. YİY-in mərkəzi ofisi Bakı şəhərində yerləşməklə fəaliyyət dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. Birlik 15 Mart 2006-cı il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata (1106-Q9-2043) alınmışdır. Birlik layihə üzrə bütün fəaliyyətlərini dövlətin həyata keçirdiyi müvafiq proqramlarla əlaqələndirməklə, ölkədə aparılan inkişaf siyasətinə öz töhfəsini verməyə çalışır.
“YİY Konsaltinq” MMC 23 Yanvar 2017-ci il tarixindən Yerli İdarəetməyə Yardım ictimai birliyinin törəmə təşkilatı kimi fəaliyyətə başlamışdır. MMC-nin əsas xidmətlərinə Peşə Təhsili və Təlimi, Kiçik və Orta Biznes müəssisələrində istehsal və dəyər zənciri idarəetməsi üzrə, turizm, təhsil, su, sanitariya, gigyena, ətraf mühitin mühafizəsi, və digər müvafiq sosial-iqtisadi inkişaf sahələrində təlimlər və məsləhətləşmələr daxildir. Həmçinin, Azərbaycan Respublikası qanunvericiliyi ile qadağan olunmayan digər fəaliyyətlərlə məşğul olmaqdan ibarətdir.