Baş səhifə / Turizm / Aqroturizm layihəsi çərçivəsində heyət koordinasiya iclası keçirildi

Aqroturizm layihəsi çərçivəsində heyət koordinasiya iclası keçirildi

Aqroturizm layihəsi çərçivəsində heyət koordinasiya iclası keçirildi

22-23 dekabr 2018-ci il tarixində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən “İcma Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişaf Strategiyası olaraq Təşviqi” layihəsi çərçivəsində Lənkəran şəhəri “Palıdlı Sahil” hotelində layihə əməkdaşları və tərəfdaş təşkilatlar – “Şəfəq” Ekoturizm İctimai Birliyi və “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyi heyəti ilə koordinasiya iclası keçirilmişdir.
Görüşdə layihə çərçivəsində tamamlanan işlər, fəaliyyət planı, görüləcək işlər və çətinliklərin həllinin tapılması yolunda müzakirələr aparılmışdır. Bundan başqa layihə əməkdaşları ilə Nümayiş Fermer Təsərrüfatı sahibkarlarının ərazisinə baxış keçirilmişdir.

Leave a Reply

Your email address will not be published.